Ev sahibləri üçün
Evinizi satırıq.
Qiymətini biz təyin etmirik — bazar datası ilə birlikdə təyin edirik.
Elanı biz hazırlayırıq, fotolarını biz çəkirik, alıcını biz tapırıq və baxışı biz keçiririk. Siz yalnız qapını açırsınız.
Necə işləyir
Yazırsınız
WhatsApp-dan bir mesaj — ünvan, otaq sayı, sahə. Formanı biz doldururuq, siz yalnız boş qalanı tamamlayırsınız.
Qiyməti birlikdə qoyuruq
Rayonunuzun median qiymətini və kvadratmetr qiymətini göstəririk — öz qiymət modelimizlə hesablanmış real rəqəmləri. Şişirdilmiş qiymət evi aylarla saxlayır.
Elanı hazırlayırıq
Fotoları otaq-otaq çəkirik, mətnini yazırıq, saytda və axtarış sistemlərində yayımlayırıq.
Alıcını tapırıq
Bazamızdakı alıcılara uyğunluq üzrə göndəririk. Nömrəniz heç kimə verilmir — bütün əlaqə bizim üzərimizdən gedir.
Baxış və sövdələşmə
Baxışları biz təşkil edirik, təkliflərdə yanınızda dayanırıq, notariata qədər aparırıq.
Nə fərqi var
Elan vermək pulsuzdur
Heç bir ilkin ödəniş yoxdur. Komissiya yalnız sövdələşmə baş tutanda ödənilir.
Nömrəniz gizli qalır
Sahibin telefon nömrəsi heç bir alıcıya verilmir və saytda, açıq data axınında heç vaxt görünmür.
Qiymətin arxasında rəqəm var
Rayonunuzun median qiyməti və AZN/m² göstəricisi açıq yayımlanır — necə hesablandığı da.
Sizin öz panelnizdə
Elanınıza neçə baxış oldu, neçə nəfər izləyir, neçə baxış təyin olundu — hamısını öz linkinizdən görürsünüz.
Suallar
Elan vermək nə qədərdir?
Pulsuzdur. Komissiya yalnız ev satılanda alınır və faizi əvvəlcədən açıq deyilir.
Qiyməti kim təyin edir?
Siz. Biz rayonun real median qiymətini və oxşar evlərin nə qədərə getdiyini göstəririk; qərar sizindir.
Nömrəm alıcılara verilirmi?
Xeyr. Heç vaxt. Bütün zənglər və yazışmalar bizim üzərimizdən gedir; sizə yalnız ciddi alıcı çatdırılır.
Evimin fotolarını kim çəkir?
Biz. Telefonunuzla özünüz çəkmək istəsəniz, otaq-otaq izah edən bir keçid göndəririk və nəticəni yenidən işləyirik.
Nə qədər müddətə satılır?
Dürüst cavab: asılıdır. Qiymət bazara uyğundursa baxışlar ilk həftələrdə başlayır. Konkret zəmanət verən agentlikdən uzaq durun.
Bazarla bağlı suallar — ipoteka, kupça, notariat xərcləri — bələdçilər bölməsində. İşləmə qaydalarımız: necə işləyirik.